Restoran, kafe və ya filiallar şəbəkəniz üçün şəkilli, endirimli, telefona tam uyğun menyu yaradın. Qiyməti dəyişin — menyu elə o saniyə yenilənsin.
Bir panel — bütün restoranlarınız, filiallarınız və yeməkləriniz. Hamısı telefondan idarə olunur.
Telefonla çəkin, yükləyin — sistem şəkli avtomatik kiçildib sürətli formata çevirir. Qonaq yeməyə toxunanda böyük şəkil və tam təsvir açılır.
Endirimli qiymət və bitmə tarixi yazın. Menyu köhnə qiyməti üstündən xətt çəkir, faiz nişanı göstərir, tarix bitəndə özü söndürür.
Hər filialın öz QR kodu, ünvanı və iş saatı. Yeməyi bütün filiallara və ya yalnız birinə aid edin.
Loqo, üz qabığı şəkli, brend rəngi, açıq və ya tünd menyu. Menyu sizin restoranınıza oxşayır.
Qiymət dəyişdi, yemək bitdi? Bir toxunuşla "Bitib" edin — çap xərci yoxdur.
Wi-Fi şifrəsi, telefon, WhatsApp, Instagram, ünvan və xidmət haqqı menyunun başında.
Menyunuza gündə neçə nəfərin baxdığını filial üzrə izləyin.
Restoranın adını yazın — menyu ünvanınız avtomatik yaranır: qrmenyu.denizhost.az/m/restoraniniz
Kateqoriyalar, yeməklər, şəkillər, qiymətlər və endirimlər. Loqo və rənginizi seçin.
Hazır QR kartını yükləyin və ya çap edin. Qonaq kameranı tutur — menyu açılır.
Qonağınızın görəcəyi menyunu elə indi sınayın — tətbiq, qeydiyyat lazım deyil.
Telefon kamerasını masadakı QR koda tutur və menyu brauzerdə açılır. Heç bir tətbiq yükləmək lazım deyil.
Bəli. Hər filial üçün ayrıca QR kod yaranır. Yeməyi və ya kateqoriyanı "Bütün filiallar" və ya konkret filiala aid edə bilərsiniz.
Xeyr. Endirimin bitmə tarixini yazsanız, həmin gündən sonra menyu avtomatik köhnə qiyməti göstərir.
Xeyr. QR kod dəyişmir, menyu isə paneldə yadda saxladığınız an yenilənir.
Bəli. İdarəetmə paneli telefon üçün hazırlanıb — yeməyin şəklini birbaşa kameradan yükləyə bilərsiniz.
2 restoran artıq QR Menyu ilə işləyir.
Pulsuz başla